Bu qurulum nəyə yarayır?
GTM interfeysində teq, trigger və dəyişən idarə etmək çox klik tələb edir. MCP qoşulandan sonra eyni işləri Claude-a adi cümlə ilə tapşıra bilirsən: konteynerdəki teqləri siyahılamaq, trigger-i olmayan teqləri tapmaq, yeni GA4 event teqinin konfiqurasiyasını hazırlatmaq.
MCP (Model Context Protocol) Claude-un xarici alətlərə qoşulma standartıdır. GTM MCP serveri Stape tərəfindən açıq mənbə kimi hazırlanıb və Google-un rəsmi Tag Manager API-si üzərində işləyir.
Niyə komanda yazmırıq?
VS Code daxilində Claude-a prompt verəndə lazım gələn terminal əmrlərini o özü işə salır və nəticəni sənə göstərir. Sənin işin nə istədiyini izah etmək və Claude-un təklif etdiyi dəyişikliyi təsdiqləməkdir. Claude fayl yaratmazdan və ya komanda işlətməzdən əvvəl həmişə icazə istəyir; nə edəcəyini oxumadan təsdiqləmə.
Terminal ilə işləyənlər üçün
Claude Code-u terminalda işlədirsənsə, yuxarıdakı 5 və 6-cı addımların yerinə bir komanda yazmaq kifayətdir. Google Cloud addımları (1, 2 və 3) eyni qalır.
Serveri əlavə et:
claude mcp add --transport http gtm-mcp-server https://gtm-mcp.stape.ai/mcpQoşulduğunu yoxla, siyahıda gtm-mcp-server görünməlidir:
claude mcp listİlk işlədəndə brauzerdə Google girişi açılır. Bundan sonra istənilən layihədə claude işə salıb GTM barədə sual verə bilərsən.
Qabaqcıl: service account ilə lokal qurulum
Hosted server brauzerdə giriş tələb edir, ona görə server ssenarisi, CI və ya avtomatlaşdırma üçün uyğun deyil. Belə hallarda serveri öz mühitində işlədib service account açarı verirsən.
- Google Cloud Console-da Tag Manager API-ni aktivləşdir (yuxarıdakı 1, 2 və 3-cü addımlar).
- IAM & Admin bölməsində Service Accounts səhifəsinə keç, yeni service account yarat və JSON formatında açar endir.
- Endirilən JSON faylında client_email sahəsini tap. GTM-də Admin, sonra User Management bölməsinə keç və həmin e-poçtu konteynerə əlavə edib lazımi icazəni ver. Bu addım buraxılarsa server heç nə görmür.
- Serveri
npx -y google-tag-manager-mcp-serverilə işə sal və açarın tam JSON məzmununuGOOGLE_SERVICE_ACCOUNT_KEYmühit dəyişəninə ver.
Açar faylı şifrə kimidir. Onu repozitoriyaya, ekran görüntüsünə və ya paylaşılan sənədə salma. Təsadüfən paylaşılıbsa, Google Cloud-da həmin açarı ləğv edib yenisini yarat.
Bundan sonra nə etməli?
MCP yalnız GTM-i idarə etməyi asanlaşdırır; nəyi ölçəcəyinə isə hələ də sən qərar verirsən. Konteyneri qoşandan sonra ölçmə planını qurmaq üçün bu yazıya bax: Full-Stack Tracking qurulumu: GTM, GA4, Google Ads, Meta CAPI və Clarity. Orada Event Map, dataLayer strukturu, konversiya qurulumu və audit siyahısı addım-addım verilib.
Tez-tez verilən suallar
Terminal bilmirəm, işləyə bilərəm? Bəli. Bu qurulumda tək etdiyin iş Google Cloud-da API-ni aktivləşdirmək, promptu göndərmək və Claude-un təklifini təsdiqləməkdir.
Claude mənim konteynerimi dəyişə bilər? Bəli, verdiyin icazə səviyyəsində. Ona görə dəyişiklikləri dərc etməzdən əvvəl GTM-in Preview və Versions bölməsindən keçir.
Hesablar boş qayıdır. Giriş etdiyin Google hesabının həmin konteynerə icazəsi olmaya bilər, və ya Tag Manager API aktivləşdirilməyib. Əvvəlcə GTM-də User Management, sonra Cloud Console-da API statusunu yoxla.
Server siyahıda görünmür. VS Code pəncərəsini yenidən yüklə. Kömək etmirsə, Claude-a konfiqurasiyanı yoxlamağı tapşır.
Pulludurmu? Server açıq mənbədir. Tag Manager API Google tərəfindən limitlərlə tənzimlənir, adi istifadədə ödənişsizdir.