Gözlənilən nəticə
Çəkilişi əvəz etməyə çalışmadan, uyğun işlərdə istehsal sürətini və vizual variant sayını artırmaq.
Yüklənir
Keyfiyyətli AI vizualı düzgün brief, art direction, iterasiya və detal korreksiyası tələb edir. Barmaq sayı düz çıxanda iş hələ bitmiş sayılmır.
Bu xidməti müzakirə etGözlənilən nəticə
Çəkilişi əvəz etməyə çalışmadan, uyğun işlərdə istehsal sürətini və vizual variant sayını artırmaq.
Kimə uyğundur?
Xidmətə daxildir
Həcm biznesin vəziyyətinə görə dəqiqləşir, amma əsas iş sahələri əvvəlcədən aydın olur.
Vizual istiqamət və moodboard
Brendə uyğun prompt sistemi
Seçilmiş konseptlərin iterasiyası
Detal korreksiyası və format adaptasiyası
İstifadə üçün final fayllar
Qiymətlər
Qiymət paketin həcminə görə dəyişir. Reklam büdcəsi xidmət haqqına daxil deyil, platformaya ayrıca ödənilir.
20 AZN
layihə
40 AZN
layihə
60 AZN
layihə
İş prosesi
Məhsul, auditoriya, kanal və vizual məhdudiyyətlər aydınlaşdırılır.
Birbaşa yüz şəkil yaratmaq əvəzinə əvvəl vizual istiqamətlər seçilir.
Kompozisiya, məhsul dəqiqliyi, işıq və brend uyğunluğu düzəldilir.
Seçilmiş vizualların detalları təmizlənir və lazım olan ölçülərə hazırlanır.
Konsept sınağı, məhsul üçün alternativ səhnələr, kampaniya mood-u və çoxformatlı kreativ istehsalında sürət qazandıra bilər.
Məhsulun forma və etiket dəqiqliyi qorunaraq alternativ fon və səhnələr.
Fərqli mesaj və kompozisiyalar üçün test variantları.
Çəkilişdən əvvəl moodboard və səhnə ideyalarının vizuallaşdırılması.
Feed, Story, banner və digər ölçülərə uyğun kompozisiya.
Hüquqi dəqiqlik, tam məhsul həqiqiliyi, real insan testimonialı və ya xüsusi çəkiliş dili tələb olunanda fotoqrafiya üstün ola bilər. AI uyğun alətdir, avtomatik düzgün cavab deyil.
Rəng, işıq, tekstura və kompozisiya brend sistemi ilə yoxlanır.
Artefakt, mətn, barmaq və məhsul detallarına manual nəzarət edilir.
Brief və mövzudan asılıdır. Məqsəd hər zaman foto təqlidi deyil; uyğun vizual dil və keyfiyyətli nəticədir.
Referans və detal korreksiyası ilə dəqiqlik artırılır, amma kritik qablaşdırma və hüquqi detallar finalda ayrıca yoxlanmalıdır.
Reklam, sosial media və konsept üçün AI video: ssenari, kadr planı, generasiya və montaj.
Ətraflı baxSadəcə post paylaşmaq yox: məqsədli kontent sistemi, istehsal koordinasiyası və aylıq analiz.
Ətraflı baxStrategiyadan başlayan, müxtəlif ölçü və kanallarda işləyən loqo və əsas vizual kimlik sistemi.
Ətraflı baxNövbəti addım
Qısa məlumat göndərin. Mövcud vəziyyətə baxıb bu xidmətin uyğun olub-olmadığını və haradan başlamağın daha məntiqli olduğunu deyim.
Müzakirəyə başla