Gözlənilən nəticə
TikTok-un sürətli kontent dilini brend məqsədi və ölçülə bilən reklam nəticəsi ilə birləşdirmək.
Yüklənir
TikTok-da reklamın reklam kimi qışqırması çox vaxt üstünlük deyil. Məhsul real istifadədə göstərilməli, ilk saniyələr səbəb yaratmalı və nəticə düzgün event-lə ölçülməlidir.
Bu xidməti müzakirə etGözlənilən nəticə
TikTok-un sürətli kontent dilini brend məqsədi və ölçülə bilən reklam nəticəsi ilə birləşdirmək.
Kimə uyğundur?
Xidmətə daxildir
Həcm biznesin vəziyyətinə görə dəqiqləşir, amma əsas iş sahələri əvvəlcədən aydın olur.
Auditoriya, rəqib kreativləri və platforma uyğunluğu auditı
Kreativ matrisi, hook və ssenari brifləri
TikTok Pixel, Events API və event xəritəsi
Traffic, Lead Generation və Web Conversion kampaniyaları
Kreativ yorğunluq, CPA və conversion üzrə optimizasiya
Qiymətlər
Qiymət paketin həcminə görə dəyişir. Reklam büdcəsi xidmət haqqına daxil deyil, platformaya ayrıca ödənilir.
250 AZN
aylıq
450 AZN
aylıq
700 AZN
aylıq
İş prosesi
Məhsulun TikTok-da necə nümayiş olunacağı və auditoriyanın hansı problemi ilə bağlanacağı müəyyən edilir.
İlk saniyə, sübut, demo, təklif və CTA üzrə bir neçə real video istiqaməti hazırlanır.
Pixel və mümkün olduqda Events API eyni event-lər və deduplikasiya ilə qurulur.
Bir videonun viral olmasını gözləmək əvəzinə kreativ variantlar müntəzəm yenilənir.
TikTok performansı yalnız target seçimindən gəlmir. Müxtəlif hook, danışıq tərzi, məhsul demosu, sosial sübut və CTA variantları planlı şəkildə test olunur. Spark Ads və native görünən formatlar uyğun olduqda istifadə edilir.
Klik və ya landing page view optimizasiyası nəzərə alınaraq sayta keyfiyyətli ziyarət yönləndirilir.
Instant form, TikTok mesajı, zəng və uyğun regionlarda xarici mesajlaşma kanalları.
ViewContent-dən Purchase-a qədər funnel event-ləri ilə satış və dəyər optimizasiyası.
Uyğun organik postların sosial sübutunu saxlayaraq reklam kimi gücləndirilməsi.
Browser siqnal itkisini azaltmaq və conversion ölçməsini gücləndirmək üçün TikTok Pixel və Events API birlikdə planlaşdırılır. Event ID deduplikasiyası, value/currency və məhsul parametrləri biznes modelinə görə yoxlanır.
Optimallaşdırılan event həqiqi biznes hərəkəti olmalıdır; hər düymə klikini lead elan etmirik.
Frequency və nəticə dinamikası izlənir, köhnələn kreativ vaxtında yenilənir.
Learning mərhələsi və nəticə sabitliyi nəzərə alınmadan kəskin artım edilmir.
Video metrikləri ilə yanaşı landing page view, lead, satış, CPA və ROAS göstərilir.
Başlanğıcda məqsəd bir videodan möcüzə gözləmək deyil, hansı hook, problem, sübut və təqdimat formasının auditoriyada reaksiya yaratdığını tapmaqdır. Kampaniya strukturu kreativ test sürətinə uyğun saxlanılır. Hər ad group-a az büdcə verib nəticəni parçalamaq əvəzinə, prioritet event və kifayət qədər kreativ variantla daha oxunaqlı test qurulur.
Mövcud videoların ilk saniyəsi, kadr tempi, subtitr, məhsul görünürlüğü, sübut və CTA baxımından platformaya uyğunluğu yoxlanılır.
Məhsul real istifadə, demo, problem həlli, creator izahı və ya before-after məntiqi ilə göstərilir. Süni trend təqlidi edilmir.
Uyğun hesab və bazarda istifadəçilərin TikTok daxilində axtardığı sözlər Traffic və Web Conversion məqsədi ilə ayrıca qiymətləndirilə bilər.
Platformadakı ucuz lead yekun nəticə sayılmır. CRM-dən cavab, uyğunluq və satış məlumatı geri oxunur.
Xeyr. Auditoriya, məhsulun vizual potensialı və davamlı kreativ istehsalı uyğun deyilsə, başqa kanal daha səmərəli ola bilər.
Yoxdur. Viral nəticə xidmət və ya platforma tərəfindən zəmanət verilə bilməz. Biz test edilə bilən kreativ sistem və ölçülə bilən reklam nəticəsi qururuq.
Bəli, amma əvvəlcə platformaya uyğunluğu audit edilir. Televiziya reklamını şaquli kəsib TikTok videosu adlandırmaq hər zaman işləməyəcək.
Texniki imkan olduqda birlikdə qurulması daha davamlı data bağlantısı yaradır. Eyni hadisə iki mənbədən göndərilirsə deduplikasiya düzgün edilməlidir.
Sabit rəqəm yoxdur. Eyni videonun xırda rəng fərqləri yox, fərqli hook və təqdimat hipotezləri lazımdır. Test sayı istehsal imkanına, büdcəyə və auditoriyanın ölçüsünə uyğun seçilir.
Facebook və Instagram-da real biznes məqsədinə uyğun kampaniya, düzgün ölçmə və davamlı optimizasiya.
Ətraflı baxReklam, sosial media və konsept üçün AI video: ssenari, kadr planı, generasiya və montaj.
Ətraflı baxSadəcə post paylaşmaq yox: məqsədli kontent sistemi, istehsal koordinasiyası və aylıq analiz.
Ətraflı baxNövbəti addım
Qısa məlumat göndərin. Mövcud vəziyyətə baxıb bu xidmətin uyğun olub-olmadığını və haradan başlamağın daha məntiqli olduğunu deyim.
Müzakirəyə başla