Hüquqi sənəd

Məxfilik siyasəti

Son yenilənmə: 24 oktyabr 2026

Bu sənəd vagif.co saytında hansı şəxsi məlumatların toplandığını, nə üçün istifadə olunduğunu və sizin hansı hüquqlarınızın olduğunu izah edir. Sayt Vagif Ibrahimov tərəfindən idarə olunur.

1. Topladığımız məlumatlar

Siz özünüz verdikdə

  • Əlaqə formu və brief formu: ad, e-mail, telefon, mesajın məzmunu.
  • Qeydiyyat və giriş: ad, soyad, e-mail ünvanı.
  • Google ilə giriş edərkən: Google-dan gələn ad və e-mail ünvanı. Şifrənizi görmürük.
  • Prompt və bəzi alətlərə giriş üçün doldurulan formlar.

Avtomatik toplanan

  • Saytdan istifadə məlumatları: baxılan səhifələr və saytdakı əməliyyatlar.
  • Sayta hansı mənbədən gəldiyiniz.
  • Brauzer, cihaz və təxmini yerləşmə (şəhər səviyyəsində).
  • Bülleten məktublarının açılıb-açılmaması və onlardakı linklərə kliklər.

Hesaba daxil olduqda saytdan istifadə məlumatları hesabınızla əlaqələndirilə bilər.

2. Məlumatları nə üçün istifadə edirik

  • Müraciətinizə cavab vermək və xidmət göstərmək.
  • Hesabınızı yaratmaq və saxlamaq, üzvlərə açıq məzmuna çıxış vermək.
  • Saytın hansı hissəsinin faydalı olduğunu anlamaq və məzmunu yaxşılaşdırmaq.
  • Razılığınız olduqda e-mail göndərmək. İstənilən vaxt imtina edə bilərsiniz.

Məlumatlarınızı satmırıq.

3. Xidmət təminatçıları

Saytın işləməsi üçün məlumatlar yalnız zəruri həcmdə aşağıdakı kateqoriyalardan olan xidmət təminatçılarına ötürülür. Onlar məlumatı bizim adımıza emal edir və öz məxfilik siyasətlərinə tabedir:

  • Hostinq və məlumat bazası xidmətləri.
  • Veb analitika xidmətləri.
  • E-mail göndərmə xidmətləri.
  • Üçüncü tərəf hesabı ilə giriş (məsələn, Google; yalnız siz seçdikdə).
  • Müştəri hesabatları üçün Meta platformaları və süni intellekt analiz xidmətləri (bax: 4-cü bölmə).

Bəzi təminatçılar Azərbaycandan kənarda yerləşə bilər.

4. Meta platformalarından (Instagram, Facebook) alınan məlumatlar

Rəqəmsal marketinq xidməti göstərdiyimiz müştərilərin (məsələn, BF Home) icazəsi ilə, onların Instagram hesabları, Facebook səhifələri və reklam hesabları üçün Meta API vasitəsilə hesabat məlumatları alırıq:

  • Hesab və paylaşımların göstəriciləri: baxış, əhatə, bəyənmə, şərh, saxlama və paylaşma sayları, izləyici sayı və ümumi auditoriya bölgüsü.
  • Paylaşımlara yazılan ictimai şərhlərin mətni və istifadəçi adı.
  • Reklam kampaniyalarının xərci və nəticələri (göstərilmə, klik, başlanan mesaj sayı).

Bu məlumatlardan yalnız müştəriyə hesabat, analiz və tövsiyə hazırlamaq üçün istifadə edirik. Yalnız müştərinin sahibi olduğu və ya idarə etməyimizə icazə verdiyi hesablara daxil oluruq. Bu məlumatları satmırıq, reklam profili yaratmaq və ya müştərinin razılığı olmadan üçüncü tərəflərə vermək üçün istifadə etmirik. Analiz üçün süni intellekt xidmətlərinə yalnız ictimai paylaşım və şərh mətni göndərilə bilər.

Məlumat müştəri ilə əməkdaşlıq müddətində giriş məhdudlaşdırılmış bazada saxlanılır. Giriş tokenləri şifrələnmiş şəkildə saxlanılır.

Silinmə və girişin ləğvi. Meta hesabınızdan aldığımız məlumatın silinməsini istəyirsinizsə, info@vagif.co ünvanına yazın, sorğunu 30 gün ərzində icra edirik. Girişi istənilən vaxt Meta hesabınızın Business Integrations bölməsindən tətbiqi silməklə də ləğv edə bilərsiniz.

5. Kukilər

Sayt kukilərdən sessiyanızı saxlamaq (girişdən sonra sizi tanımaq) və statistika toplamaq üçün istifadə edir. Brauzerinizin ayarlarından kuklərı bloklaya bilərsiniz, lakin bu halda hesaba giriş kimi bəzi funksiyalar işləməyəcək.

6. Məlumatın saxlanma müddəti

Hesab məlumatları hesabınız aktiv olduğu müddətdə, müraciətlər isə münasibətimiz davam etdiyi müddətdə saxlanılır. Saytdan istifadə məlumatları 24 aydan sonra silinir. Analitika təminatçılarındakı data onların öz saxlama qaydalarına tabedir.

7. Hüquqlarınız

  • Haqqınızda saxlanan məlumatı öyrənmək.
  • Səhv məlumatın düzəldilməsini tələb etmək.
  • Hesabınızın və məlumatlarınızın silinməsini tələb etmək.
  • E-mail göndərişlərindən imtina etmək.

Bunun üçün info@vagif.co ünvanına yazın. Müraciətə ağlabatan müddətdə cavab veririk.

8. Təhlükəsizlik

Məlumatlar şifrələnmiş bağlantı (HTTPS) üzərindən ötürülür və giriş məhdudlaşdırılmış bazada saxlanılır. Şifrələr hash formasında saxlanılır, açıq mətndə görünmür. Bununla belə, internetdə heç bir sistem 100% təhlükəsiz deyil.

9. Uşaqların məlumatları

Sayt 16 yaşdan kiçik şəxslər üçün nəzərdə tutulmayıb və bilərəkdən onlardan məlumat toplamırıq.

10. Dəyişikliklər

Bu siyasət yenilənə bilər. Yenilənmə tarixi səhifənin yuxarısında göstərilir.

Əlaqə

Vagif Ibrahimov
E-mail: info@vagif.co
Sayt: vagif.co