Gözlənilən nəticə
Mövcud tələbi düzgün açar söz, reklam mətni, landing page və conversion tracking ilə biznes nəticəsinə çevirmək.
Yüklənir
Google Ads-in üstünlüyü niyyətdir: insan artıq məhsul və ya xidmət axtarır. Çətin hissə onun hansı sorğuda həqiqətən müştəri olacağını anlamaqdır.
Bu xidməti müzakirə etGözlənilən nəticə
Mövcud tələbi düzgün açar söz, reklam mətni, landing page və conversion tracking ilə biznes nəticəsinə çevirmək.
Kimə uyğundur?
Xidmətə daxildir
Həcm biznesin vəziyyətinə görə dəqiqləşir, amma əsas iş sahələri əvvəlcədən aydın olur.
Axtarış tələbi, rəqib və mövcud hesab auditı
Açar söz, negative keyword və kampaniya xəritəsi
Conversion tracking, GA4 və əsas event yoxlaması
Search, Performance Max və remarketing qurulumu
Search terms, büdcə və nəticə keyfiyyəti üzrə optimizasiya
Qiymətlər
Qiymət paketin həcminə görə dəyişir. Reklam büdcəsi xidmət haqqına daxil deyil, platformaya ayrıca ödənilir.
400 AZN
aylıq
750 AZN
aylıq
1100 AZN
aylıq
İş prosesi
İnsanların nə axtardığı, niyyəti və biznes üçün hansı sorğunun dəyərli olduğu ayrılır.
Form, zəng, satış və gəlir kimi əsas conversion-lar düzgün qurulmadan kampaniya böyüdülmür.
Mövzu və niyyətə görə kampaniya/ad group strukturu, reklam mətnləri və landing uyğunluğu hazırlanır.
Search terms izlənir, lazımsız sorğular mənfi açar sözlərlə bağlanır, büdcə nəticəyə görə bölünür.
Search mövcud tələbi tutur. Performance Max uyğun conversion datası və keyfiyyətli asset-lərlə Google kanallarında əlavə tələb tapa bilər. Display və remarketing isə çox vaxt dəstək rolundadır. Hamısını açmaq strategiya deyil; lazım olanı seçmək strategiyadır.
Yüksək niyyətli açar sözlər, reklam–sorğu uyğunluğu, sitelink və digər asset-lər.
Satış və lead məqsədləri üçün Search, YouTube, Display, Discover, Gmail və Maps inventarını birlikdə istifadə edən goal-based kampaniya.
Sayta daxil olub qərar verməyən istifadəçiyə uyğun mesajla yenidən çatmaq.
Merchant Center feed-i, məhsul datası, gəlir və ROAS əsasında optimizasiya.
Google Ads conversion tracking və GA4 vasitəsilə form, zəng, purchase və gəlir ölçülür. Ucuz CPC yaxşı görünə bilər, amma həmin kliklər müraciətə çevrilmirsə, sadəcə ucuz maraq almışıq.
Broad, phrase və exact yanaşması data həcminə və nəzarət ehtiyacına görə seçilir.
Reklamdakı vəd, açar söz və səhifədəki başlıq/CTA eyni niyyəti davam etdirməlidir.
Maximize Conversions, target CPA və target ROAS kifayət qədər düzgün data olduqda tətbiq edilir.
Search impression share, conversion rate, CPA, gəlir və lead keyfiyyəti biznes kontekstində izah olunur.
Google reklamları qurulmazdan əvvəl xidmət bölgələri, prioritet məhsullar, gəlir və ya lead dəyəri, satış komandasının imkanları və mövcud landing page-lər yoxlanılır. Açar söz həcmi təkbaşına qərar vermir. Sorğunun kommersiya niyyəti, rəqabət, reklam mətninə uyğunluq və istifadəçinin klikdən sonra görəcəyi səhifə birlikdə qiymətləndirilir.
İstifadəçinin faktiki yazdığı sorğular mütəmadi yoxlanır, uyğun olmayan niyyətlər negative keyword siyahısına əlavə olunur.
Telefon zəngi, WhatsApp keçidi, form və satış eyni dəyərdə deyilsə, conversion action-lar ayrıca qurulur və prioritetləşdirilir.
Google Business Profile və location asset bağlantısı uyğun olduqda xəritə, istiqamət və yerli axtarış siqnalları kampaniyaya daxil edilir.
Axtarış terminləri, reklam uyğunluğu, cihaz, saat, coğrafiya və conversion keyfiyyəti üzrə qərarlar kifayət qədər data toplandıqdan sonra verilir.
Xeyr. Reklam sıralaması auksion, keyfiyyət, təklif və rəqabətdən asılıdır. Məqsəd hər qiymətə birinci görünmək yox, sərfəli nəticə almaqdır.
Xeyr. Yetərli conversion datası, düzgün feed və asset olmadan klassik Search daha nəzarətli başlanğıc ola bilər.
Xeyr. Ads ödənişli görünürlükdür; SEO üzvi nəticələr üçündür. Birlikdə işləyə bilərlər, amma büdcə və nəticə modeli fərqlidir.
Reklam təsdiqləndikdən sonra trafik başlaya bilər, amma sərfəli nəticə üçün axtarış terminləri və conversion datası toplanmalıdır. İlk günün nəticəsi ilə yekun qərar vermək düzgün deyil.
Bəzi zəng və lokal həllər mümkündür, amma əksər xidmət və satış kampaniyalarında aydın, sürətli və ölçülə bilən landing page lazımdır. Zəif səhifəni reklam büdcəsi ilə kompensasiya etmək olmur.
Biznes ünvanının Google, Yandex, Waze və Apple xəritələrində qurulması, Bolt, Uber və Yango üçün pin və marşrut yoxlaması.
Ətraflı baxTexniki sağlamlıq, axtarış niyyəti və faydalı məzmun üzərində qurulan uzunmüddətli SEO işi.
Ətraflı baxReach, video baxışı və conversion məqsədinə uyğun YouTube kampaniyaları və video media-planı.
Ətraflı baxNövbəti addım
Qısa məlumat göndərin. Mövcud vəziyyətə baxıb bu xidmətin uyğun olub-olmadığını və haradan başlamağın daha məntiqli olduğunu deyim.
Müzakirəyə başla