Bütün bələdçilər
QurulumAsan

Google skill-ləri Claude Code-a: terminalsız quraşdırma

Google Claude Code və Codex üçün 190-a yaxın skill paylaşdı. Kiçik sayt və marketinq işi üçün lazım olan 4-ünü Claude Code çatına yazaraq, terminal bilmədən qur.

7 noyabr 202610–15 dəq2 dəq oxuma

Öncədən lazımdır

  • Claude Code: masaüstü tətbiqi və ya VS Code əlavəsi, işləyən abunəlik
  • Kompüterdə Node.js (yoxdursa Claude quraşdırmağa kömək edir)
  • Analytics üçün GA4 property-yə giriş, Ads diaqnostikası üçün Google Ads hesabına giriş
  • Google ilə giriş üçün saytının layihə qovluğu

Addım-addım qurulum

1

Claude Code-u aç və layihəni seç

Masaüstü tətbiqində və ya VS Code-da Claude Code-u aç, saytının qovluğunu seç. Skill-lər bu layihəyə quraşdırılacaq.

2

Dörd skill-i quraşdırmasını istə

Bu mesajı olduğu kimi çata yapışdır. Lazım olan əmri Claude özü hazırlayacaq.

Claude-a yaz
github.com/google/skills reposundan yalnız bu 4 skill-i quraşdır: sign-in-with-google-web, google-analytics-data-api-basics, google-ads-api-account-diagnostics, finding-google-skills. Hər addımı mənə sadə dillə izah et.
3

İcazəni oxu və təsdiqlə

Claude əmri işlətməzdən əvvəl icazə istəyir. Nə edəcəyini oxu, sonra təsdiqlə. Kompüterdə Node.js yoxdursa, Claude bunu deyəcək və quraşdırmaqda kömək edəcək.

4

Quraşdırmanı yoxla

Dörd skill-in hamısı siyahıda görünməlidir.

Claude-a yaz
Hansı Google skill-ləri quraşdırılıb? Siyahını göstər.
5

Google ilə girişi qur

Claude Google Cloud Console-da OAuth Client ID yaratmağı və düzgün yönləndirmə ünvanını göstərəcək. Client ID və secret-i çata yazma, Claude-un göstərdiyi yerə özün əlavə et.

Claude-a yaz
Sayta Google ilə giriş düyməsini qur. sign-in-with-google-web skill-indən istifadə et və Google Cloud-da nəyi ayarlamalı olduğumu addım-addım de.
6

Analytics-dən hesabat al

İlk dəfə Google hesabı ilə icazə istəyəcək. Skill bu girişi addım-addım izah edir. Sonra sualları adi dillə verirsən.

Claude-a yaz
Son 7 gündə sayta neçə nəfər gəldi, hansı şəhərlərdən və ən çox hansı səhifəyə baxdılar?
7

Reklam performansını yoxlat

Claude-un hesabına canlı baxması üçün Google Ads hesabını ona qoşmaq lazımdır (bunun üçün Google developer token, yəni API giriş açarı istəyir). Qoşmasan, Claude hesaba girmir, nəyi yoxlamalı olduğunu plan kimi verir, sən Google Ads-də özün baxırsan.

Claude-a yaz
Google Ads hesabımda performans niyə zəifləyib? Büdcəni, təklifləri və konversiya izləməsini yoxla.
8

Lazım olanda yeni skill tapdır

Skill tapan kolleksiyanın içindən tapşırığına uyğun olanı seçir.

Claude-a yaz
Saytımı Firebase-də yayımlamaq istəyirəm. Bunun üçün hansı Google skill-i lazımdır? Tap və quraşdır.

Google, Claude Code və Codex üçün açıq skill kolleksiyası paylaşdı: github.com/google/skills. Əsas qovluqda 187 skill var və böyük hissəsi Google Cloud infrastrukturu üçündür: BigQuery, GKE, Cloud Run, AlloyDB. Kiçik sayt və marketinq işi üçün bu 4-ü kifayətdir:

  • Google ilə giriş (sign-in-with-google-web): saytda "Google ilə daxil ol" düyməsini düzgün və təhlükəsiz qurur.
  • Analytics (google-analytics-data-api-basics): GA4 hesabatını sual-cavabla çıxarır: kim gəldi, haradan, hansı səhifəyə baxdı.
  • Google Ads diaqnostikası (google-ads-api-account-diagnostics): reklam performansı zəifləyəndə büdcəni, təklifləri və konversiya izləməsini ardıcıl yoxlayır.
  • Skill tapan (finding-google-skills): nə etmək istədiyini yazırsan, kolleksiyadan uyğun skill-i özü tapır.

Yuxarıdakı addımlarda terminal əmri yoxdur. Hər mesajı Claude Code çatına yapışdırırsan, lazım olan əmri Claude özü hazırlayır və işlətməzdən əvvəl icazə istəyir.

Hər skill nə tələb edir

  • Google ilə giriş: Google Cloud Console-da OAuth Client ID lazımdır. Claude onu harada yaradacağını və hansı yönləndirmə ünvanını yazacağını addım-addım göstərir.
  • Analytics: GA4 property-yə oxuma icazəsi olan Google hesabı və kompüterdə Google Cloud CLI (gcloud). İlk dəfə brauzerdə Google hesabı ilə icazə verirsən. Skill bu girişi özü izah edir.
  • Google Ads diaqnostikası: Claude-un reklam hesabına canlı baxması üçün hesabı ona qoşmaq lazımdır. Bu qoşulmanı eyni kolleksiyadakı ayrıca skill (google-ads-api-mcp-setup) addım-addım qurur. Google bunun üçün developer token istəyir: bu, Google Ads-in proqramlara verdiyi giriş açarıdır, menecer (MCC) hesabında Alətlər → API Mərkəzi bölməsindən müraciətlə alınır. Hesabı qoşmasan da skill işləyir: hesaba girmir, nəyi yoxlamalı olduğunu plan kimi verir, sən Google Ads-də özün baxırsan.
  • Skill tapan: əlavə heç nə tələb etmir.

Terminalla tanışsansa

Eyni qurulum bir əmrlədir:

npx skills add google/skills

Əmr hansı skill-ləri, hansı agenti (Claude Code, Codex) və quraşdırma yerini (yalnız bu layihə və ya bütün layihələr) seçməyini istəyir. Yalnız lazım olan 4-ü seç. Sonradan yeniləmək üçün npx skills update kifayətdir.

Təhlükəsizlik qeydi

  • Claude əmri işlətməzdən əvvəl göstərir. Nə etdiyini oxumadan təsdiqləmə.
  • API açarını, token-i və parolu çata yazma. Claude hansı fayla və ya ayara yazılmalı olduğunu göstərir, dəyəri özün əlavə edirsən.
  • Ads diaqnostikası yalnız oxuma sorğuları işlədir və səbəbi göstərir. Kampaniyada dəyişikliyi sən qərar verib edirsən.
#google-skills#claude-code#google-analytics#google-ads#agent-skills

Quraşdırmada kömək lazımdır?

WhatsApp ilə əlaqə saxla, birlikdə quraq.

WhatsApp ilə əlaqə saxla