Bütün bələdçilər
QurulumAsan

Claude Code-u VS Code-da sıfırdan quraşdırma

Node.js-dən başlayıb VS Code extension-ə qədər, Claude Code-u kompüterində addım-addım quraşdır və ilk dəfə işə sal.

24 iyul 202615 dəq1 dəq oxuma

Öncədən lazımdır

  • İnternet bağlantısı olan Windows, macOS və ya Linux kompüter
  • Anthropic hesabı (claude.ai), Claude Code buradan giriş edir
  • Terminal / Command Prompt-un harada olduğunu bilmək

Sürətli komandalar

Node.js versiyasını yoxla18 və ya daha yuxarı olmalıdır. Boş çıxsa, Node.js qurulmayıb.
node --version
Claude Code-u qlobal quraşdırBütün əməliyyat sistemləri üçün eyni komanda.
npm install -g @anthropic-ai/claude-code
Qurulumu yoxla və işə salİlk dəfə brauzerdə giriş (login) istəyəcək.
claude

Addım-addım qurulum

1

Node.js-i quraşdır

Claude Code Node.js üzərində işləyir. nodejs.org saytına daxil ol, LTS versiyasını (18+) yüklə və quraşdır. Quraşdırma zamanı bütün defolt seçimləri saxla, xüsusən Add to PATH seçili olsun.

node --version
2

Terminalda Node-un işlədiyini təsdiqlə

Terminal (Windows-da PowerShell və ya CMD) aç və komandanı yaz. Əgər v20.x.x kimi versiya çıxırsa, hər şey qaydasındadır. Səhv çıxsa, kompüteri yenidən başlat və təkrar yoxla.

node --version && npm --version
3

Claude Code-u quraşdır

Eyni terminalda quraşdırma komandasını işlət. npm paketi qlobal (-g) quraşdırılır, yəni istənilən qovluqdan claude komandası ilə çağıra bilərsən.

npm install -g @anthropic-ai/claude-code
4

VS Code və extension-i qur

code.visualstudio.com-dan VS Code yüklə. Sonra Extensions bölməsinə keç, Claude Code axtar və rəsmi Anthropic extension-ini quraşdır.

5

Layihə qovluğunda Claude Code-u aç

VS Code-da layihə qovluğunu aç (File → Open Folder). Daxili terminalı aç (Terminal → New Terminal) və claude yaz. İlk dəfə brauzerdə hesaba giriş istəyəcək.

claude
6

İlk tapşırığını ver

Terminala adi dillə nə istədiyini yaz, məsələn bu qovluqdakı faylları izah et. Claude Code hər dəyişikliyi təsdiqləməzdən əvvəl sənə göstərir.

Tez-tez verilən suallar

Python lazımdırmı? Xeyr, Claude Code yalnız Node.js tələb edir. Python yalnız işlədiyin layihə Python-dursa lazım olur.

Pulludurmu? Claude Code Anthropic abunəliyi (Pro/Max) və ya API krediti ilə işləyir.

claude komandası tapılmır deyir. Node.js-in PATH-ə əlavə olunduğundan əmin ol, terminalı bağlayıb yenidən aç.

#claude-code#vs-code#nodejs#qurulum#ai-alet

Quraşdırmada kömək lazımdır?

WhatsApp ilə əlaqə saxla, birlikdə quraq.

WhatsApp ilə əlaqə saxla