Spec reklam videosunu AI və kodla hazırlamaq
Xiaomi 18 Pro Max nümunəsində brifdən başlayıb səs, animasiya, musiqi və montaja qədər olan iş axını. Animasiya, musiqi və səs effektləri kodla qurulub.
Heç nə qurmazdan əvvəl brifi yazdır
Prompt iki işi görür: brifi fayla yazdırır və təsdiq almadan qurmağa və kredit xərcləməyə icazə vermir. Hər yeni reklamda yalnız mötərizədəki hissələri dəyişirsən.
Spec reklam üçün brif promptu
Prompt pulsuzdur. Adını və emailini yaz, emailə gələn kodla təsdiqlə.
Qısa sətirlər, hər biri ayrıca klip
Uzun cümlə telefon dinamikində itir. Hər sətir bir fikir daşıyır və ayrıca yaradılır, ona görə hər sözü şəklin hərəkəti ilə dəqiq eyni anda başlatmaq olur. Brend adları səsləndirmə modelinin düzgün oxuyacağı şəkildə yazılıb.
Bu telefonun iki ekranı var.
Ön və arxa ekran birlikdə görünür
Biri arxada, kameranın yanında.
Telefon dönür, arxa ekran açılır
Məxfilik.
Yandan baxanda ekran qaralır
İki yüz meqapiksel. Leyka.
Kamera adasına zoom
Bütün gün.
8500 mAh sayğacı, doldurma zolağı
Şaomi on səkkiz Pro Maks.
Ad və end card
Səhnələr vaxt bölgüsü ilə
Giriş
Qaranlıqda telefonun silueti, işıq yanır, telefon kameraya dönür.
İki ekran
Ön və arxa üz yan-yana, ölçülər və yenilənmə tezliyi.
Arxa ekran
Arxa üz mərkəzə gəlir, 2.9 düymlük OLED ekran vurğulanır.
Məxfilik
Düz baxışda ekran görünür, yan baxışda qaralır.
Kamera
Kamera adasına zoom, 200, 200 və 50 meqapiksel ardıcıl açılır.
Batareya
8500 mAh sayğacı və doldurma zolağı.
Ad
Xiaomi 18 Pro Max, ön və arxa üz birlikdə.
End card
Ad, sayt və hesab. Son akkord altında davam edir.

Videodan seçilmiş 12 kadr: giriş, iki ekran, məxfilik, kamera, batareya və end card.
İş axını
- 1
Brifi yaz və təsdiqlə
Heç nə qurmazdan əvvəl konsepti, vaxt bölgüsünü, ssenarini, səsi, musiqini və aktiv siyahısını bir faylda topla. Təsdiq almadan növbəti mərhələyə keçmə.
- 2
Real məhsul aktivlərini topla
Rəsmi məhsul şəkillərini və loqonu mənbəsi ilə yaz. Şəkillər kiçikdirsə, Codex ilə dizaynı dəyişmədən yüksək həlldə bərpa et, sonra orijinalla yan-yana müqayisə et. Fərq görünürsə, o şəkli işlətmə.
- 3
Səsi qısa sətirlərlə hazırla
Hər sətir bir fikir olsun və ayrıca klip kimi yaradılsın. Brend adlarını modelin düzgün oxuyacağı şəkildə yaz. Əvvəl qiyməti yoxla, sonra hər sətir üçün iki variant yarat.
- 4
Animasiyanı HTML ilə qur
HyperFrames-də hər səhnə bir GSAP timeline-dır. Telefonun ön və arxa üzü CSS 3D ilə fırlanır. Şəkli səsə görə vaxtlandır: hər söz öz hərəkəti ilə eyni anda başlasın.
- 5
Musiqini və səs effektlərini kodla yarat
Musiqi, whoosh və vuruş səsləri skriptlə sintez edilir. Səs danışanda musiqi ən azı 15 dB aşağı enir. Hər hərəkətə ayrıca səs yerləşdir.
- 6
Yoxla
Layout, kontrast və hərəkət yoxlamalarını işlət, kadrlara bax. Azərbaycan hərflərinin düzgün göründüyünü, kadrda üst-üstə düşən mətn olmadığını və səsin -14 LUFS, -1 dBTP olduğunu təsdiqlə.
- 7
Render et və end card əlavə et
16:9 videonu 60 fps ilə render et. Son iki saniyəyə ad, sayt və hesabdan ibarət end card qoy. Təsdiqdən sonra 9:16 versiyanı və səs fayllarını ayrıca çıxar.
Qısa xülasə
Əvvəl brifi yazdır və təsdiqlə, sonra real məhsul aktivlərini topla, səsi qısa sətirlərlə yarat və şəkli səsə görə vaxtlandır. Musiqi və səs effektləri də kodla yazıldığı üçün hər dəyişiklik təkrar edilə bilir.
Bu, portfolio üçün hazırlanmış spec işdir. Xiaomi ilə rəsmi əlaqəsi yoxdur. Məhsul görüntüləri və loqo Xiaomi-yə məxsusdur.
Digər AI təcrübələri