Yüklənir
Son paylaşımları oxuyaraq hansı formatın işlədiyini, paylaşım ritmini, güclü və zəif postları, caption və hashtag nümunələrini bir hesabatda göstərir.
Hazırlanır…
«Kodu kopyala» düyməsinə bas — audit kodu mübadilə buferinə düşəcək.
Chrome-da instagram.com saytını aç və hesabına giriş etdiyindən əmin ol.
F12 düyməsini bas və açılan paneldə «Console» bölməsinə keç.
Kodu yapışdırıb Enter bas. Açılan paneldə istifadəçi adını və oxunacaq paylaşım sayını seç.
Bir viral paylaşımın nəticəni şişirtməməsi üçün orta deyil, median bəyənmə, şərh və engagement əsas götürülür.
Reels, karusel və foto ayrıca müqayisə olunur; ən stabil və ən güclü format göstərilir.
Həftəlik paylaşım tempi, fasilələr və kifayət qədər data olduqda ən güclü paylaşım günü müəyyən edilir.
Mətn uzunluğu, CTA istifadəsi və təkrarlanan hashtag-ların nəticə ilə əlaqəsi yoxlanılır.
Kod yalnız açıq Instagram səhifəsində işləyir. Oxunan məlumat vagif.co serverinə göndərilmir və hesabda heç nə dəyişdirilmir.
Bu, Instagram Insights deyil. Kənar hesablar üçün reach, save və share rəqəmləri açıq olmadığından hesabat görünən bəyənmə, şərh, Reels izləmə və paylaşım mətninə əsaslanır.