Yüklənir
İstənilən açıq hesabın Reels izləmə, bəyənmə və şərh datasını oxuyur, üç fərqli engagement göstəricisi hesablayır. Influencer seçmədən əvvəl real rəqəmləri yoxlamaq üçün.
Hazırlanır…
Yuxarıdakı «Kodu kopyala» düyməsinə bas — kod mübadilə buferinə düşür.
Chrome-da instagram.com saytını aç və hesabına giriş etdiyindən əmin ol.
F12 düyməsini bas, açılan paneldə «Console» tabına keç.
Konsol «Allow pasting» soruşsa, allow pasting yazıb Enter bas, sonra kodu yapışdır. Açılan paneldə təhlil etmək istədiyin hesabın adını yaz.
(bəyənmə + şərh) ÷ izləmə × 100Reels-i görən adamın nə qədərinin reaksiya verdiyini göstərir. Kontentin özünün gücünü ölçür — izləyici sayından asılı deyil, ona görə kiçik və böyük hesabları ədalətli müqayisə edir.
orta izləmə ÷ izləyici × 100Reels-in izləyici dairəsindən nə qədər kənara çıxdığını göstərir. 100%-dən yuxarı olması alqoritmin kontenti izləməyənlərə də paylaması deməkdir. Influencer seçimində ən dəyərli göstəricidir.
(bəyənmə + şərh) ÷ izləyici × 100Sektor standartı. Auditoriyanın nə qədər canlı olduğunu göstərir. Saxta izləyicisi olan hesablarda bu rəqəm kəskin aşağı düşür, ona görə yoxlama üçün faydalıdır.
Nəticə ekranında son 5 post, son 10 post, son 30 gün, son 90 gün və ya hamısı arasında keçid edə bilərsən. Seçim dəyişəndə yeni sorğu getmir — artıq oxunmuş paylaşımlar süzülür, ona görə ani işləyir.